Qubada 79 yaşlı qadını maşın vurub
Ötən gün Quba rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Qırmızı qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb."VAZ-2107" markalı avtomobil Qırmızı qəsəbə sakini, 79 yaşlı Davidova Turi Yusif qızını vurub. Ağır xəsarətlər alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər