Vladivostokda yanğın baş verib :5000 kvadrat metr sahə yanıb
31 iyul cümə günü səhər Vladivostokdakı Dneprovskaya küçəsində böyük yanğın baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir, ilkin yanğın sahəsi 1000 kvadrat metr olub. Təcili yardım çağırışı yerli vaxtla səhər saat 7:16-da daxil olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsi yanan binanın videosunu yayımlayıb. Vladivostokun müxtəlif yerlərindən qalın qara tüstü görünürdü ki, bu da hadisənin miqyasını göstərir.
Daha sonra Fövqəladə Hallar Nazirliyi yanğının lokallaşdırıldığını bəyan edib.
Yanğın zəhərli maddələr buraxdığından yerli hakimiyyət orqanları sakinlərə pəncərələri bağlı saxlamağı və mümkünsə, evdə qalmağı tövsiyə etdi.
Yanan obyektin sahibi, DNS Qrupunun həmtəsisçisi və direktoru Dmitri Alekseyev yanğını təsdiqlədi və heç bir itki olmadığını bildirdi.
Şirkət artıq müştərilərə xəbərdarlıq edib: sifarişlər qeyri-müəyyən müddətə dayandırılıb. Qeyri-rəsmi məlumatlara görə, Dneprovskaya küçəsindəki anbarda on milyonlarla rubl dəyərində məişət texnikası yanıb. Yanğın söndürülüb, lakin işlər hələ başa çatmayıb.
Əziz MUSTAFA


























.jpg)

























































.jpg)











