Jeff Bezosun qızının növbəni gözləmədən təyyarəyə bilet alması İspaniyada böyük qalmaqala səbəb olub

Jeff Bezosun qızının növbəni gözləmədən təyyarəyə bilet alması İspaniyada böyük qalmaqala səbəb olub

18:11
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın İbisa hava limanında çəkilmiş görüntülər dünyanın üçüncü ən varlı şəxsi olan Jeff Bezosun qızının kommersiya reysinə minməzdən əvvəl növbənin önünə keçib işçilərlə danışdığı anları əks etdirir. Oxuməni.az xəbər verir ki, bu barədə İspaniya mətbuatının yaydığı qalmaqallı məlumatda deyilir. Bezosun qızının şəxsi təyyarə əvəzinə kommersiya reysini seçməsi və növbədən yayındığı anları sosial mediada geniş qalmaqala səbəb oldu.

Dərc olunmuş videoda dünyanın üçüncü ən varlı şəxsi olan Jeff Bezosun qızının kommersiya reysinin sərnişin gözləmə zonasında növbənin önünə keçib işçilərlə danışdığı göstərilir.
Çamadan daşıyan gənc bir qadın gözləmə zonasına gedir, sonra təhlükəsizlik xəttini keçərək işçilərə yaxınlaşır. Kamera onun onlarla qısaca danışdığı və digər sərnişinlərdən əvvəl təhlükəsizlikdən keçdiyi anları lentə alır.
Bezosun qızının şəxsi təyyarə ilə kommersiya uçuşunu seçməsi və növbədən yayınması mübahisələrə səbəb oldu. Görüntülər tez bir zamanda internetdə yayıldı.

Əziz MUSTAFA