Türkiyədə  arı sancması ölümlə nəticələnib

Türkiyədə arı sancması ölümlə nəticələnib

15:18
Bəyəndim (1) Bəyənmədim (0)

Tekirdağda arı sancması ölümlə nəticələnib. Tanınmış qəssab və restoran sahibi olan şəxsi arı yuxu arteriyasından sancıb. Onu təcili xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb, iki günlük müalicədən sonra o, xəstəxanada vəfat edib.

Tekirdağ vilayətinin Saray rayonunda qəssab və restoran sahibi Mehmet Ertekin iki gün əvvəl Güngörmez məhəlləsindəki tövləsində heyvanlara baxarkən onu arı sancıb.


Arının onu yuxu arteriyasından sancdığını aşkar etdikdən sonra Ertekin özünü pis hiss etməyə başlayıb və qohumları tərəfindən Saray Dövlət Xəstəxanasına aparılıb. Orada bir gün qaldıqdan sonra vəziyyəti pisləşib və dünən Çerkezköy Dövlət Xəstəxanasına köçürülüb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 29 yaşlı Ertekin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Əziz MUSTAFA