Qusarda 21 yaşlı gənc dəm qazından zəhərlənib
Ötən gün axşam saatlarında Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndinə qonaq gələn 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Elçin Kamil oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır-stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər