Polis Berlində baş verən avtomobil qəzasında şübhəlinin güllələndiyini təsdiqləyib
Berlin polisi Almaniya paytaxtının mərkəzi Tiergarten park ərazisində bir qrup insanın iştirak etdiyi avtomobil qəzasında şübhəlinin xüsusi əməliyyat zamanı güllələndiyini təsdiqləyib. Oxuməni.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi Berlindəki qəzanın islamçı terror hücumu ola biləcəyini etiraf edib.
"Saat 18:00 radələrində (Bakı vaxtı ilə 20:00) Tiergartendə baş verən terror hücumunda şübhəli Spandau rayonundakı bağçılıq icmasının ərazisində aşkar edilib. İlkin məlumatlara görə, o, əlində iti bıçaqlı zabitlərimizə tərəf qaçıb, bundan sonra Berlin xüsusi təyinatlıları odlu silahdan istifadə ediblər. Berlin Yanğından Mühafizə İdarəsinin dərhal reanimasiya səylərinə baxmayaraq, kişi hadisə yerində ölüb", - hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlamada bildiriblər.
Hadisə 25 iyul tarixində yerli vaxtla saat 22:00 radələrində Potsdamer Platz yaxınlığındakı Tiergarten park ərazisində baş verib. Şübhəli 21 yaşlı Livan əsilli Almaniya vətəndaşı Əbdül Balloutdur. Hüquq-mühafizə orqanları onun İslam Dövləti (İŞİD) terror qruplaşmasının tərəfdarı olduğunu düşünür. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtin sözlərinə görə hücum nəticəsində bir qadın ölüb, 29 nəfər yaralanıb.
Əziz Mustafa




















































































.jpg-2.jpg)









