Gürcüstanda çaya düşdü, Azərbaycanda axtarılır
Aprelin 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Gürcüstan ərazisində 1 nəfər Qanıxçay (Alazan) çayına düşüb.Oxumeni.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin şəxsin suyun axını ilə Azərbaycan ərazisinə keçdiyi ehtimal olunur. FHN-nin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Aviasia dəstəsinin helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və vasitələri dərhal axtarışlara cəlb olunub. Hələlik axtarışlar nəticə verməyib. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
O.M.
Digər xəbərlər