Türkiyə vətəndaşı Bakıda öldü

Türkiyə vətəndaşı Bakıda öldü

26 Aprel 2013 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda əcnəbi dünyasını dəyişib. Rayon Prokurorluğundan verilən məlumata görə, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində yaşayan Türkiyə vətəndaşı olan 69 yaşlı Dəmirçi Hüseyn aprelin 19-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O dünən xəstəxanada dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.

O.M.