15 yaşlı qız ölümü ipdə seçdi
Astara rayonunda intihar hadisəsi baş verib.Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Alaşa kəndində qeydə alınıb.Kənd sakini, 1998-ci il təvəllüdlü Xəyalə Tağızadə yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.X.Tağızadənin orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər