Maşın ağaca çırpıldı, yaralı var
Oxumeni.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonunda "QAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə olan sərnişin aldığı müxtəlif bədən xəsarətləri ilə maşında sıxılmış vəziyyətdə qalıb.Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
O.M.
Digər xəbərlər