Gecə “Nissan” və “Mitsubishi” toqquşub
Gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində "Nissan" və "Mitsubishi" markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerinin ilkin müayinəsi zamanı isə bu hadisənin "Mitsubishi" markalı avtomaşının qəfildən "Nissan"ın yoluna çıxması səbəbindən baş verdiyini ortaya çıxarıb. Yol nəqliyyat hadisəsi ilə bağlı Nəsimi rayon Dövlət Yol Polis şöbəsində başlanan araşdırmalar davam etdirilir.
O.M.
Digər xəbərlər