
Polis ailəsi ilə birlikdə qəzaya uğradı
Bakının Qaradağ rayonu ərazisində yol polisi övladları ilə birlikdə ağır yol qəzasına düşüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, aprelin 23-də Bakı-Qazax yolunun 20-ci kilometrliyində 46 yaşlı polis serjantı Bəhruz Talıbovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil 22 yaşlı İntiqam Acalovun idarə etdiyi "Mercedes"lə toqquşub.Qəza zamanı B.Talıbov dünyasını dəyişib, maşında olan övladları - 15 yaşlı Əli, 12 yaşlı Məhəmməd və 13 yaşlı Sevinc, həmçinin digər sürücü ağır xəsarət alıblar.Faktla bağlı araşdırma aparılır.Onu da əlavə edək ki, B.Talıbov Səbail Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşı olub.
O.M.
Digər xəbərlər