53 yaşlı subay kişi özünü asdı
Ötən gün axşam saatlarında Siyəzən rayonunun Gilgilçay qəsəbəsində 53 yaşlı kişi intihar edib. Rayon Prokurorluğundan verilən məlumata görə, 1960-cı il təvəllüdlü qəsəbə sakini Elman Gülbaba oğlu Quliyev özünü yaşadığı evdə asıb.Deyilənlərə görə, Eldar Quliyev subay olub. O, daim özünə qapanırmış və uzun müddət qeyri-adi davranışları ilə fərqlənirmiş. Onun cəsədini yaxınları tək yaşadığı evdə asılmış vəziyyətdə tapıblar.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər