Nazirlik Kür çayına düşən şəxsi axtarır
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən 1991-ci il təvəllüdlü Elxan Vaqif oğlu Ələsgərov Şirvan rayonu ərazisində Kür çayına düşüb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri aparılır.
O.M.
Digər xəbərlər