
5 yaşlı uşaq dərmandan zəhərlənib
Zaqatalada azyaşlı uşaq dərmandan zəhərlənib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata əsasən, Zaqatala rayonu Muxax kənd sakini 2008-ci il təvəllüdlü, Məmmədov Xəyal Aydın oğlu dərman zəhərlənməsi ilə xəstəxanaya daxil olub. Xəyal Məmmədova ilkin yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəyal Məmmədovun vəziyyəti hazırda orta-ağır hesab edilir.
O.M.
Digər xəbərlər