Sərnişin avtobusları bir-birinə girdi
10 nəfər xəsarət alıb
Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 124 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər