"Real" Madriddə faciəvi hadisə: oyunçu kəllə-beyin travması alıb

"Real" Madriddə faciəvi hadisə: oyunçu kəllə-beyin travması alıb

8 May 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Real" Madrid Federico Valverdenin səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

Bu, Valverde və Aurelien Çouameninin iştirakı ilə klubda baş verən dava ilə bağlı əvvəllər mediada yayılan xəbərlərdən sonra baş verib.

Bəzi media orqanları hətta uruqvaylı oyunçunun yıxılarkən başının soyunma otağındakı masaya dəydiyini bildirib. Həmçinin oyunçunun təcili yardımla aparıldığı da aydınlaşdırılıb.

İndi isə Madridin rəsmi açıqlamasına görə, oyunçunun zədəsi təsdiqlənib.

Yarımmüdafiəçinin kəllə-beyin travması var. Klubun açıqlamasında Valverdenin təxminən iki həftəlik klub futbolunu buraxacağı qeyd edilib.

Əziz MUSTAFA