Cərəyan 14 yaşlı oğlanın ürəyini, ciyərlərini partlatdı
O, hadisə yerindəcə keçinib
Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsindəki 1 May yaşayış massivinin arxasında "Qum bazarı" adı ilə tanınan ərazidə 1999-cu il təvəllüdlü Dövlətəliyev Orxan Oqtay oğlunu elektrik cərəyanı vurub. Hökməli kənd sakini olan yeniyetmə hadisə yerindəcə keçinib.Faktla əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər