Rusiyada məşhur azərbaycanlı reper Nəvai Bəkirov Moskvanın mərkəzində "Ferrari" ilə avtomobil qəzasına düşüb
.
Məşhur azərbaycanlı reper Nəvai Bəkirovun nömrə nişanı olmayan qara "Ferrari" avtomobili Zubovski bulvarında işıqfora çırpılıb. Heç kim xəsarət almayıb. Oxuməni.az xəbər verir ki, qəza dərhal Rusiyanın tanınmış media orqanlarında ən çox tirajlanan hadisəyə çevrilib. Hadisəni diqqət mərkəzində saxlayan RBC mənbəyi Nəvainin avtomobili idarə etdiyini təsdiqləyib.
Öz növbəsində TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, reper Nəvainin (Nəvai Bəkirov) olduğu "Ferrari" idman avtomobili Moskvanın Zubovski bulvarında qəzaya düşüb. Agentliyin mənbəyinin məlumatına görə, nömrə nişanı olmayan qara avtomobil işıqfora çırpılıb. Heç kim xəsarət almayıb, lakin avtomobilə ciddi ziyan dəyib.
Digər tanınmış The Shot Telegram kanalı reperin "Allaha şükür ki, hamı sağ-salamatdır, bu, ən vacib şeydir" dediyi bir video yayımlayıb. Kanalın məlumatına görə, sənətçi avtomobilin saatda 60-65 km sürətlə hərəkət etdiyini və yarış təkərlərinin nasazlığı səbəbindən qəza baş verdiyini bildirib.
Zubovski bulvarında qəza baş verən ərazidə tıxac baş verib və hadisənin səbəbləri araşdırılır. Moskva Nəqliyyat Departamenti Telegram kanalında insanları alternativ yollardan istifadə etməyə çağırıb. Bəyanatda qəzada kimin iştirak etdiyi göstərilməyib.
Departament əlavə edib ki, sürücü nömrə nişanı olmadan maşın sürüb. "Yol hərəkəti qaydalarını ciddi şəkildə pozduğuna və şəhər infrastrukturuna dəyən ziyana görə kompensasiya və sürücülük vəsiqəsinin ləğvi üçün məhkəmə iddiası qaldırılacaq", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, Nəvai Bəkirov HammAli & Navai rep duetinin yarısının iştirakçısıdır və həmçinin solo ifa edir.
Əziz MUSTAFA




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

































