Xudatda avtomobil alovlanıb
Gecə saatlarında Xaçmaz rayonunun Xudat şəhərində yanğın baş verib. Şəhərin M.F.Axundov küçəsində 33 yaşlı Xaçmaz rayonu Qusarçay kənd sakini Zaur Hacıquliyevə məxsus 10-DT-977 qeydiyyat nişanlı "Qaz 2410" markalı avtomobil yanıb. Hadisə yerinə FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Yanğın zamanı avtomobilin motorxanasındakı yanar konstruksiyalar yararsız vəziyyətə düşüb.Hadisəyə qısaqapanmanın səbəb olduğu bildirilir. Yanğın zamanı xəsarət alan olmayıb.
O.M.
Digər xəbərlər