
Gəncədə ana ilə oğlu itkin düşüb
Gəncədə 25 yaşlı qadın azyaşlı uşağı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Dilşad Hüseynova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək 1988-ci il təvəllüdlü qızı Tərlan Hüseynova və onun 2008-ci il təvəllüdlü övladı Fərid İsayevin itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı və nəvəsi 2 gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumata görə, bir neçə gün bundan əvvəl başqa bir Gəncə sakini də itkin düşüb. 1984-cü il təvəllüdlü, əqli cəhətdən zəif olan Aygün Alıyeva evdən çıxaraq bir daha geri qayıtmayıb. Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis idarəsindən axtarış tədbirləri həyata keçirilir.
O.M.
Digər xəbərlər