Valideynlər, diqqət - uşağınız nikotinə qurban gedir!
Azərbaycanda 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı artır
Azərbaycanda 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır. Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib. O bildirib ki, bu nəticələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olub. Onun sözlərinə görə, 2005-ci ildə ÜST Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. Azərbaycanda tütünlə mübarizə istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.
O.M.
Digər xəbərlər