Qaçqın şəhərciyində meyit tapılıb
Bakının Qaradağ rayonu ərazisində meyit tapılıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində transformatorun yaxınlığında meyit aşkarlanıb. Meyitin şəxsiyyəti bilinməsə də, onun 40-45 yaşlarında olduğu bildirilir. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Onu elektrik cərəyanının vuraraq kənara atması ehtimal olunur. Hazırda faktla bağlı araşdırma aparılır. Ekspertizanın rəyindən sonra ölümün səbəbi məlum olacaq.
O.M.
Digər xəbərlər