
Yük maşını xəndəyə düşdü
Bakıda yük maşını şəhərin mərkəzi küçələrindən birində qazılmış xəndəyə düşüb. Hadisə Bakının Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, "Shacman" markalı yük maşını adı çəkilən küçədə partlamış su borusunun təmir olunması üçün qazılan xəndəyə düşüb. Nəticədə yük maşını yan üstə əyilib və maşının döşəməsi asfalt qatına oturub. Ağır tonnajlı avtomaşın ərazidə işləyən traktor və digər yük maşını ilə həmin xəndəkdən çıxarılıb.
O.M.
Digər xəbərlər