Türkiyədə məktəbdə baş verən atışmada 16 nəfər yaralanıb
Türkiyənin cənub-şərqində baş verən məktəb atışmasında ən azı 16 nəfər yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, cinayət 18 yaşlı yeniyetmə tərəfindən törədilib. TGRT-nin məlumatına görə, hadisə Şanlıurfa əyalətində peşə liseyinin içərisində baş verib.
Silahlı məktəb ərazisinə girib və həyətdəki uzun lüləli silahla nizamsız şəkildə atəş açıb. Daha sonra binaya soxulub və orada atəş açmağa davam edib. Bəzi şagirdlər pəncərələrdən tullanaraq binadan qaçıblar. Xüsusi polis qüvvələri və tibb işçiləri hadisə yerinə tez bir zamanda gəliblər. Silahlını zərərsizləşdirmək üçün əməliyyat davam edir. Məlumata görə, məktəbdəki insanların əksəriyyəti oranı tərk edib. NTV təcavüzkarın girov götürmüş ola biləcəyi ehtimalını istisna etmir.
"Təcavüzkarın 17 və ya 18 yaşı var idi. Əsas darvazadan girən kimi məktəbə doğru sola və sağa atəş açmağa başladı. Sonra məktəbə girdi və atəş açmağa davam etdi. Yolundakı hər kəsə atəş açarkən şagirdlərin qışqırdığını eşitdim. Sonra polis gəldi", - şahidlərdən biri bildirib.
Əziz MUSTAFA































































































