Qırğızıstanda 65 yaşlı kişi 18 metr dərinliyindəki quyuda 16 gün ilişib qalıb

Qırğızıstanda 65 yaşlı kişi 18 metr dərinliyindəki quyuda 16 gün ilişib qalıb

12:15
Bəyəndim (1) Bəyənmədim (0)

Qırğızıstanda bağçasındakı 18 metrlik quyuda 16 gün ilişib qalan 65 yaşlı kişi onu eşidən uşaqlar tərəfindən xilas edilib. Nərdivanı qırıldığı üçün quyudan çıxa bilməyən kişi su içməklə sağ qalmağı bacarıb.

Qırğızıstanda 65 yaşlı kişi bir neçə gün bağçasındakı quyuda ilişib qalıb. 22 martda Batken bölgəsinin sakini evinə doğru axan suyu yoxlamaq üçün 18 metrlik quyuya düşüb. O, həmişə istifadə etdiyi nərdivanın qırılması səbəbindən quyudan çıxa bilməyib və kömək çağıra bilməyib.

Suda sağ qalan bir kişi, bağçada oynayan uşaqların onu eşitməsindən sonra xilasetmə qrupları tərəfindən xilas edilib. Yaşlı kişinin uzun müddət aclıq çəkdiyi üçün çox zəif olduğu və xəstəxanaya aparıldığı bildirilir.

Əziz MUSTAFA