Diqqət! Hava soyuyacaq!

Diqqət! Hava soyuyacaq!

15 Aprel 2013 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
Meteohəssas insanlarda diskomfort hissi yarana bilər

Sabah axşamdan başlayaraq ölkə ərazisində havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Buludluğunun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 12-17 dərəcə təşkil edəcək.
Respublikanın bölgələrində də hava şəraitinin dəyişiləcəyi, bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcə isti olacaq.
Aprelin 16-sı axşamdan 19-dək Abşeron rayonunda arabir güclənən xəzri küləklərinin üstünlüyü, hava temperaturunun ötən günlərə nisbətən aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.