Hərbi hissədə partlayış
Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. Məlumata görə, hərbi hissənin qazanxanasında partlayış olub. Hadisə nəticəsində iki əsgər - Binəqədi Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Musazadə Natiq və Ağsu hərbi komissarlığından hərbi xidmətə çağırılan Bayramov Xaliq Rafiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdiriliblər.
O.M.
Digər xəbərlər