Məzuniyyətə gələn hərbçi qəzaya uğradı

Məzuniyyətə gələn hərbçi qəzaya uğradı

15 Aprel 2013 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun hərbçisi yol qəzasında ağır xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunda qeydə alınıb. "VAZ-2107" markalı avtomobil "MAZ" markalı maşınla toqquşub. Nəticədə "VAZ-2107"də olan sərnişin Tağıyev Məhəmməd Aydın oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, M. Tağıyev Gəncədə yerləşən "N" saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur. O, Bakıya məzuniyyətə gəlirmiş.

O.M.