Liviya iqtidarı məhkəməyə veriləcək

Liviya iqtidarı məhkəməyə veriləcək

5 May 2011 10:19
Bəyəndim (0) Bəyənmədim (0)



Bir qədər əvvəl xəbər verdiyimiz kimi, Liviya lideri Müəmmar Qəddafiyə sadiq qüvvələrin üsyançıların nəzarəti altındakı liman şəhəri Misratanı qumbara atəşinə tutduqları bildirilir.


Voanews.com saytının yaydığı məlumata görə, hücumun yardım təşkilatlarının minlərlə miqrantı və yaralını şəhərdən çıxarmağa çalışarkən həyata keçirildiyi xəbər verilir. Üsyançıların nümayəndəsinin dediyinə görə, hücum zamanı azı beş nəfər həlak olub.

Beynəlxalq prokuror Liviya hökumətinin üzvlərinə qarşı müharibə cinayətləri ittihamları ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında iclas keçirməyi planlaşdırır. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Liviyaya son səfəri zamanı fevral ayından, hökumətə qarşı etirazlar başlanandan bəri həyata keçirilən zorakılıqlarla bağlı ciddi dəlillər əldə etdiyini deyib.

Okamponun idarəsinin açıqladığı bəyanatda prokurorların hakimlərdən zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə dair order vermələrini istəyəcəkləri deyilir.


Məncə, bu bəyanat Liviya müxalifətini həvəsləndirməkdən başqa bir şey deyil.

Elvin Babayev

O.M.