
Ermənilər atəşkəsi yenidən pozub
Azərbaycan torpaqlarının bir hissəsini işğal
altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs
rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan
Silahlı Qüvvələrinin bölmələri mayın 4-də saat 12.00-dan 12.35-dək Ermənistan
Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimizi, saat 17.15-dən 17.20-dək Ermənistan Respublikasının
İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun
Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 22.10-dan 22.20-dək,
23.45-dən 23.50-dək və 00.10-dan 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı
Əbdürrəhmanlı və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan
Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə
tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmənin sual atəşinə vergül atəşi ilə cavab veririk. O gün olsun, nida ilə cavab verək!
Elvin Babayev
O.M.