İtkin düşən qızlar Bakıda tapılaraq, ailələrinə təhvil veriliblər
Onların birinin 20, digərinin isə 18 yaşı olub
Bir ay bundan əvvəl yoxa çıxan iki qız tapılıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 7-dən yoxa çıxan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Rufanə Əliyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq Gəncəyə gətirilib.
Bundan başqa, Gəncə polisi itkin düşən 18 yaşlı qızı da tapıb. Mart ayının 15-dən yoxa çıxan qız da Bakıda tapılıb. Onların hər ikisi Gəncədə ailələrinə təhvil verilib.
O.M.
Digər xəbərlər