Özünü 3-cü mərtəbədən atan əsgər öldü
O, 3 ayın əsgəri idi
Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsində faciəvi hadisə baş verib. Hərbi mənbələrdən verilən məlumata görə, aprelin 3-də Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan gənc əsgər, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sərvan oğlu saat 15 radələrində özünü kazarmanın 3-cü mərtəbəsindən atıb. 18 yaşlı gənc əsgər hospitalda dünyasını dəyişib. Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova Lent.az-a faktı təsdiqləyib. O bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır.
O.M.
Digər xəbərlər