
Tovuzda qəza: yaralı var
Aprelin 10-u, axşam saatlarında Tovuz rayonunun girişində, Olimpiya idman kompleksinin yaxınlığında 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qazaxdan Bakı istiqamətində hərəkət edən, Tovuz rayon Bozalqanlı kənd sakini Elnur Əhmədova məxsus "VAZ 2107" "Mercedes" markalı avtomaşınla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Mercedes"in sürət həddini aşaraq əks istiqamətdə hərəkət edən maşının yoluna çıxması olub. Qəza zamanı "VAZ 2107"nin sürücüsü Elnur Əhmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
O.M.
Digər xəbərlər