İnstitutun rektoru işindən qovuldu
Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru Sənan Kərimov vəzifəsindən azad edilib. İnstitutun rektoru vəzifəsini hazırda Sabunçu rayon 3 saylı Xəstəxanasının Cərrahiyə şobəsinin müdiri Nazim Qasımov icra edir. Sənan Kərimov 2006-2008-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsində çalışıb. 2009-cu ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləyib.
O.M.
Digər xəbərlər