«Lexus» adam öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə M.Hadi küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Həmid Məmmədov idarə etdiyi "Lexus" markalı avtomobillə Bakı şəhər sakini Qismət Quliyevi vurub, piyada hadisə yerində dünyasını dəyişib.
O.M.
Digər xəbərlər