Bakıda zəncirvarı qəza: 5 avtomobil toqquşdu
Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisində zəncirvarı yol qəzası baş verib. Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında, körpünün üstündə bir neçə avtomobil toqquşub. Qəza nəticəsində iki "Mercedes", "Opel", "Vaz 2107" və "VAZ 2106" markalı avtomobillər əzilib. Hətta "VAZ 2106"-nın təkərləri altından çıxaraq kənara düşüb. Digər avtomobillərə də xeyli ziyan dəyib. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
O.M.
Digər xəbərlər