Qubada 47 yaşlı qadın yandı
Gecə saatlarında Quba rayonunun Çiçi kəndində bədbəxt hadisə baş verib. 47 yaşlı kənd sakini Süleymanova Zemfira Allahyar qızı həyətdə od qalamaq istəyərkən yanıb. Belə ki, ocağın qəfildən alışması onun yanmasına səbəb olub. O, Quba MRX-nın reanimasiya şöbəsində yerləşdirilib. Zemfira Süleymanovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər