
Bu gün havanın temperaturu 25 dərəcə olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu
açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək,
arabir güclənəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 20-25
dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 5-də hava şəraitinin gün ərzində əksər
rayonlarda yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb
rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14
dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz
16-21 dərəcə isti təşkil edəcək.
Nəhayət ki, hava qızdı. Qoy bu hərarət soyuq qəlbləri qızdırsın...
Elvin Babayev
O.M.