
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi hesabat verib
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
aprel ayında dünyada və regionda baş vermiş ictimai-siyasi proseslərin
yekunları ilə bağlı analitik hesabatını təqdim edib.
Mərkəzin sədri Mübariz Əhmədoğlu mayın 4-də keçirdiyi mətbuat konfransında
deyib ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatı daha da inkişaf etmiş,
beynəlxalq əlaqələri möhkəmlənmişdir.
Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı rəsmi Bakının tutduğu mövqe uğurludur. Ermənistanın region üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayan M. Əhmədoğlu deyib ki, bu dövlətin qeyri-konstruktiv mövqeyi onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarıb. Ermənistan rəhbərliyi artıq ölkəni idarə edə bilmir. Bu respublika başqa dövlətlərin əlində alətə çevrilib.
Mərkəzin sədri hesabat dövründə Azərbaycanın sürətlə inkişaf edən iqtisadi, siyasi vəziyyəti və beynəlxalq əlaqələrindən bəhs etmiş, Ermənistanın isə nüfuzunun sürətlə aşağı düşdüyünü ciddi faktlarla diqqətə çatdırmışdır.
Hesabatda dünyada və regiondakı mühüm hadisələr, həmçinin Azərbaycanın Türkiyə, Rusiya, İran, Gürcüstan və ABŞ ilə münasibətləri konkret faktlarla təhlil olunmuşdur.
Hər şey uzaqdan kiçik görünür...
Hafiz Əhmədov
O.M.