Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
Erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı və Mərzili, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər