
Avtomobil telefon dirəyinə çırpılaraq çevrilib
Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Hadisə bu gün saat 13.30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Göyşaban kənd sakini, 35 yaşlı Rüfət Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən qəfildən şinin partlaması nəticəsində idarəetməni itirib və yaxınlıqdakı telefon dirəyinə çırpılıb. Xoşbəxtlikdən kimsə xəsarət almasa da, avtomobil tamamilə deformasiyaya uğrayıb, dirək isə aşıb. Lənkəran Rayon Telekommunikasiya Qovşağından verilən məlumata görə, dirəyin aşması nəticəsində 10 abonentə məxsus telefon nömrəsi sıradan çıxıb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq üçün ərazidə iş aparılır. Günün sonuna kimi 10 nömrə və dirək bərpa ediləcək. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər