“TOFAŞ” aşdı
Aprelin 3-də saat 12.00 radələrində Abşeron rayonunun Yenikənd kəndi ərazisində Göyçay rayon sakini Elvin Yusifov idarə etdiyi "TOFAŞ" markalı avtomaşını aşırıb.
DİN-nin saytına istinadən xəbər verir ki, nəticədə xəsarət alan E. Yusifov və sərnişini - Şəki şəhər sakini Tüncay Qafarlı xəstəxanaya yerləşdiriliblər. T. Qafarlı orada ölüb, E. Yusifova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. DYPİ tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər