
Mayın 5-də təbii qazın nəqli dayandırılacaq
Yevlax-Balakən magistral qaz kəmərində cari
təmir işlərinin aparılması ilə əlaqədar mayın 5-də saat 10.00-dan 18.00-dək göstərilən
marşrutda təbii qazın nəqli dayandırılacaq.
"Oxumeni.az" "AzərTAc"a istinadən məlumat verir ki, həmin
müddətdə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın
verilişində məhdudiyyətlər olacaq.
6 saat təbii qazsız qalacaq rayonların əhalisi təbii pəhriz saxlaya bilər...
Tofiq Əliyev
O.M.
Digər xəbərlər