
İki yaşlı uşaq həyətdəki gölməçədə boğuldu
Azərbaycanın Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Şəhər Polis Şöbəsindən verilən məlumata görə, rayonun Aşağı Nüvədi qəsəbə sakini, 2011-ci il təvəllüdlü Yunus Pərviz oğlu Orucov aprelin 3-də evlərinin həyətyanı ərazisində yerləşən gölməçəyə düşərək boğulub. Hadisə baş verən zaman körpənin valideynləri bağda əkin işi ilə məşğul olublarmış. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər