"Toyota-Prado" piyadanı öldürdü
Paytaxt ərazisində yol keçmək piyadaya həyatı bahasına başa gəlib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 2-si saat 12:30 radələrində Bakı-Mərdəkan yolunda Laiq Əsədullayev idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə Yusif Rəhimovu vurub. Piyada aldığı xəsarətdən xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər