Qobustan sakinləri ayağa qalxıb
Qobustan rayonunun Cəngi kəndində etiraz aksiyası keçirilir. Kənd sakinlərinin Musavat.com-a verdiyi məlumata görə, 150-dən çox kənd sakini torpaq islahatlarındakı qanunsuzluqlara etiraz əlaməti olaraq, Cənginin mərkəzinə toplaşıb. Etirazlar Qobustan rayon İcra Hakimiyyətini təşvişə salıb. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Cəngiyə gedib. Hazırda kənd məktəbinin həyətində məmurlarla etirazçılar arasında danışıqlar aparılır.
O.M.
Digər xəbərlər