Dəhşətli qəza: ölən və yaralanan var
Bu gecə keçən gecə Bakının Xəzər rayonu Türkan-Şüvəlan yolunda dəhşətli yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Ağabala Ağayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yol tikintisi zamanı istifadə olunan asfaltbasan texnikaya çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Maşındakı sərnişin Aqşin Məmmədov isə ağır yaralanıb. İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
O.M.
Digər xəbərlər