Sabah Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının iclası keçiriləcək

Sabah Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının iclası keçiriləcək

4 May 2011 16:48
Bəyəndim (0) Bəyənmədim (0)



Sabah Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının 4-cü Platformasının "İnsanlar arasında əlaqə" adlı növbəti görüşündə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin əməkdaşı Rauf Paşayev də iştirak edəcək.


Görüş zamanı 4-cü platformanın 2012-2013-cü illər üçün Fəaliyyət Proqramının layihəsi müzakirə olunacaq. Proqramın gündəliyində təhsil, gənclər, informasiya cəmiyyəti, xüsusilə mədəniyyət, media və tədqiqat kimi mövzular üzrə təkliflərə baxılacaq. İclasda Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktoru Jordi Kurell, İnkişaf və Əməkdaşlıq Baş Direktorluğunun nümayəndəsi Kristel Lukas, Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğunun təmsilçisi Xavier Trussard və digər nümayəndələr çıxış edəcəklər.


İnsanlar arasında əlaqə sülhün, inkişafın qarantıdır. Ancaq xatırladaq ki, tədbirin keçiriləcəyi Brüssel şəhəri həm də NATO baş qərargahının ünvanıdır. Bu da ikili Qərb standartının növbəti nümunəsi...

Elvin Babayev

O.M.