Bakının Pirallahı rayonunda maşın, Nəsimi rayonunda isə ev yanıb
Aprelin 2-də axşam saatlarında Bakıda bir neçə yanğın hadisəsi qeydə alınıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 127 kv.m olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 13 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
O.M.
Digər xəbərlər